“30 illik fəaliyyəti ərzində Minsk Qrupu heç bir nəticəyə nail ola bilmədi. Azərbaycan ordusunun ötən ilin payızında qazandığı qələbə və Ermənistanın Qarabağı işğalına son qoyması isə Minsk Qrupunun işsiz qalması deməkdir”.
Bizim.Media xəbər verir ki, Kanadanın Global Məsələlər İnstitutunun (Global Affairs Institute) araşdırmaçısı Robert Kutlerin “The Foreign Policy” nəşrində dərc edilmiş məqaləsində belə qeyd edilir.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin ATƏT harayı - Həmsədrlərin geri dönməsi mümkündürmü?
Məqalədə Qarabağa dair ATƏT-in Minsk Qrupunun artıq öz əhəmiyyətini itirməsindən bəhs edir.
Müəllif xatırladır ki, Minsk Qrupu müflis olub və ölüdür. Nə qədər tez dəfn edilsə əsl sülh və barışıq üçün enerji də daha tez yaranar.
““Madrid prinsipləri”nin təhlili onu göstərir ki, hazırda bu sənədin 1-ci, 3-cü və 6-cı bəndləri (işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılması, Ermənistanla Qarabağ arasında dəhliz, sülhməramlı qüvvələrin yeridilməsi) həyata keçirilib.
2-ci bənd (Dağlıq Qarabağa aralıq status və təhlükəsizlik təminatının verilməsi) daha aktual deyil, çünki sovet dövrünün Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud deyil, Azərbaycan bu keçmiş muxtar vilayətin ərazilərinin xeyli hissəsini, o cümlədən Şuşanı geri qaytarıb. Bu səbəbdən Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsinə dair 4-cü bənd də köhnəlib.
Azərbaycan daxilində artıq statusunun müəyyən edilməsi üçün “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.”,-deyə qeyd edilir.
Yazıda vuğulayıb ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir. Minsk Qrupunun bu məsələdə rol oynaya bilməsi üçün isə nəinki yeni həmsədrlər, eləcə də yeni baxış bucağı tələb olunur.
Bizim.Media