“Ermənistan Aprel və Tovuz döyüşlərinin dərslərini yaddan çıxarmamalıdır. Azərbaycanın atacağı addımlar onlar üçün sarsıdıcı olacaq. ATƏT-in Mİnsk qrupunun öhdəliyini, BMT-nin dörd qərarını Azərbaycan özü yerinə yetirdi. Bu baxımdan həm Ermənistanın, həm də onu dəstəkləyən dairələrin manevr cəhdləri olduqca məhduddur. Onların bütün cəhdləri fiaskoya uğrayıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq, millət vəkili Elşad Mirbəşiroğlu söyləyib.
Bizim.Media söhbət zamanı xatırladıb ki, mətbuatda gedən məlumatlarda bildirilir ki, sərhəddə atışmadan öncə erməni postlarına xeyli sayda mülki şəxslərin gəlməsi və müəyyən tədbirlərin görülməsi müşahidə olunub.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistanda hələ də xarici muzdlu döyüşçülər var...” – Kəlbəcər atışmasının doğurduğu SUALLAR
Hətta bəzi erməni mənbələrinin yazmasına görə, mülki şəxslərin erməni əsgərlərini atəş açmağa təhrik edici hərəkətləri də olub.
Bundan çıxış edərək saytımızın “Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanın siyasətdə aktivləşməsi sərhəddəki gərginliklə nə qədər bağlı ola bilər?” sualına politoloq cavab verib ki, Ermənistan Müdafiə Nazirliyində mərkəzləşmiş idarəetmə artıq mövcud deyil:
“Xaotik idarə edilən Ermənistan ordusu artıq yoxdur, dağılmış vəziyyətdədir. Həmçinin orduda özünü Qarabağ klanına yaxın sayan fiqurlar da qalmaqdadır. Bu baxımdan da Ermənistanın sabiq Müdafiə Naziri orduda hələdə təsir imkanlarına malikdir. Bundan başqa orduda Köçəryana sadiq olan hərbçilər də xidmətlərini davam etdirməkdədir. Güman etmək olar ki, Ohanyan və Köçəryanın təlimatları əsasında Azərbaycana qarşı təxribatlar törədilsin.
Onların məqsədi Nikol Paşinyanı gözdən salıb, onun hakimiyyətinə son qoymaqdan ibarət ola bilər. Bu baxımdan Ermənistanın təxribatlarını sadaladığım bu səbəblərlə əsaslandırmaq olar.
Bütün hallarda hansı dairələr tərəfindən həyata keçirilməsinə baxmayaraq, bu təxribatlar hərbi cinayətdir və Azərbaycan bunların qarşısını almaq əzmindədir. Ermənistan 44 günlük Vətən savaşından nəticə çıxarıb, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Çünki Ermənistanın özünün sabitliyi, inkişafı birbaşa sülh müqaviləsindən asılıdır”.
Vüsalə Balayeva, Bizim.Media