Fəzail Ağamalı: “Hansı dərənin azmış insanısan ki...”

Hazırda oxunan: Fəzail Ağamalı: “Hansı dərənin azmış insanısan ki...”

29697

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının rəhbəri Huq Villiamson dövlət başçısı İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya məktub ünvanlayaraq ondan Azərbaycan prezidenti ilə sərt danışmağı tələb edib. Barrozodan xahiş edilir ki, İlham Əliyevlə görüşü zamanı ona Avropa İttifaqının Azərbaycanda insan haqları sahəsində durumun pisləşməsindən narahatlığını çatdırsın, vəziyyətin yaxşılaşması istiqamətində addımların atılmasını tələb etsin.

Eyni zamanda oxşar tələblə Azərbaycanın vətəndaş cəmiyyəti adından da Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuya da müraciət ünvanlanıb.


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında deyib ki, “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının rəhbəri Huq Villiamsonun böyük səhvə yol verib: “Bu təşkilat Azərbaycana qarşı düşmənçilik mövqeyini çox açıq və qabarıq şəkildə ortalığa qoyub. Həqiqətləri etiraf etmək əvəzinə, erməni lobbisinin ayırmış olduğu maliyyə vəsaiti hesabına Azərbaycana qarşı iftira və böhtanlarını davam etdirir. Bununla bağlı düşünürəm ki, həmin təşkilata qarşı Azərbaycanın rəsmi qurumları ciddi qərara gəlməlidir. Bu qədər böhtan, bu qədər qərəzli və şərəfsiz münasibət ola bilməz. Bu təşkilat ən müxtəlif anlarda, müxtəlif məsələlərdə Azərbaycana qara yaxmaqla məşğul olub”.

F.Ağamalı "Human Rights Watch" təşkilatının birbaşa ermənilərin təsiri altında olduğunu dedi: “Bu təşkilata qarşı düşünürəm ki, təkcə mətbuat,  KİV vasitəsilə və ya siyasətçilər vasitəsilə deyil, başqa bir formada ciddi addımlar atılmalı və Azərbaycana qarşı atdıqları böhtanlara qarşı cavab verilməlidir”.

Deputat təşkilat rəhbəri Huq Villiamsonun ünvanına həddən artıq kəskin sözlər dedi: “Sənin nə səlahiyyətin var ki, bir ölkənin rəhbərindən başqa bir qurumun rəhbərinə bu cür şikayət edirsən, təkliflər verirsən ki, prezidentə qarşı sərt mövqe nümayiş etdirsin. Sən kimsən?! Hansı dərənin azmış insanısan ki, Azərbaycan dövlətini bu dərəcədə aşağılayırsan.”

F.Ağamalı daha sonra bu təşkilat haqda “onlar çox böyük qələtlər ediblər, bütün qırmızı xətti keçiblər” dedi.

O, Ermənistanın vəziyyətinin daha acınacaqlı olduğunu vurğuladı: “Ermənistanda o qədər hadisələr olur, bir dəfə də olsun Ermənistanın adı çəkilmir. Adam öldürülür, qan üstündə hakimiyyətə gəldilər. Ancaq bu haqda heç nə danışılmır.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin