Silahdaşları Əbülfəz Elçibəyin yubileyinə necə hazırlaşır?

Hazırda oxunan: Silahdaşları Əbülfəz Elçibəyin yubileyinə necə hazırlaşır?

29653



İyunun 24-də mərhum eks-prezident, Milli Azadlıq Hərəkatının lideri  Əbülfəz Elçibəyin doğum günüdür. Artıq İctimai Palatanın Koordinasiya Şurası Elçibəyin 75 illik yubileyilə bağlı tədbirlər həyata keçirəcəyini bəyan edib.

Maraqlıdır, bəs Ə.Elçibəyin İP-də təmsil olunmayan silahdaşları həmin günlə bağlı nələr planlaşdırıblar? Moderator.az bu sualla Elçibəyin İP-də təmsil olunmayan silahdaşlarına müraciət edib.


Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa həmin gün Elçibəyin məzarını ziyarət edəcəklərini bildirdi: “ Çox təəssüf edirəm ki, hökumət Elçibəyə ögey münasibət göstərir. Mən dəfələrlə Əbülfəz bəyin yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə müraciətlər etsəm də bunlar nəticəsiz qalıb. Buna baxmayaraq biz partiya üzvlərilə Ə.Elçibəyin məzarını ziyarət edəcək və digər bir sıra tədbirlər keçirəcəyik”. 


BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, 24 iyin günündə təmsil olunduğu partiya bir sıra tədbirlər düzənləyəcək: “Həmin gün partiyamızın üzvləri Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək. Bundan sonra isə AXCP lideri ilə bağlı mətbuatda məqalələrlə çıxış edən jurnalistlərin mükafatlandırılması nəzərdə tutulub”. 


KXCP sədri Mirmahmud Mirəlioğlu da KXCP-nin həmin gün üçün müstəqil tədbirlər planı hazırladığını bildirdi: “Biz bir neçə tədbirin keçirilməsini nəzərdə tutmuşuq. Əgər kimlərsə arzulayarsa, onlar da bu tədbirlərə qatıla bilərlər”

 

Xəyal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin