Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini vəzifədən azad edəcək.
Bizim.media xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.
Qeyd edilir ki, Paşinyan bu səbəbdən vəzifədən gedəcək məmurların yerinə yeni kadrlar axtarır.
Nəşr istefası gözlənilən nazirlərin də adını çəkir.
İlk olaraq əmək və sosial məsələlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və onun müavinləri işdən çıxarılacaq.
“Rəhbərlik belə qənaətə gəlib ki, əsas dövlət məmurları, xüsusən də hökumətin üzvləri müharibə zamanı fəaliyyətsiz görünüblər və ona görə də vəzifədən getməlidirlər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:52 / 18.11.2020
Paşinyan kadr axtarışında - Məmurları kim əvəzləyəcək?
Hazırda oxunan: Paşinyan kadr axtarışında - Məmurları kim əvəzləyəcək?
Hazırda oxunan: Paşinyan kadr axtarışında - Məmurları kim əvəzləyəcək?
2937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.