Ramin Məmmədov: “Xalqımızın tolerantlığı istənilən xalqla birgə yaşamağa imkan verir”.

Hazırda oxunan: Ramin Məmmədov: “Xalqımızın tolerantlığı istənilən xalqla birgə yaşamağa imkan verir”.

2929

Azərbaycan xalqı hər zaman öz tolerantlığı ilə seçilib. Ölkəmizdə heç vaxt digər xalqların nümayəndələrinə qarşı dini, etnik ayrı-seçkiliyə yol verilməyib.

Azərbaycan qanunlarına hörmətlə yanaşan, Azərbaycan vətəndaşlarına Konstitusiya ilə verilmiş hüquq və vəzifələrin məsuliyyətini dərk edən hər bir vətəndaş bizim ölkəmizdə sərbəst, rahat və təhlükəsiz yaşamaq hüququna malikdir. 

Bu sözləri Bizim Media-nın -“ermənilərlə birgəyaşayış mümkündür?” sualını cavablandıran millət vəkili Ramin Məmmədov deyib. Bildirib ki, bizim erməni icması ilə heç bir problemimiz yoxdur:

“Azərbaycan torpaqlarını Ermənistan işğal etmişdi və bu gün biz ərazi bütövlüyümüzü Ali Baş Komandanın müdrikliyi, düşünülmüş siyasəti nəticəsində, Azərbaycan əsgərinin fədakarlığı sayəsində azad etmişik''.

''Milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ölkəmizin ərazisində yaşamaq hüququ var, buna dövlətimiz təminat verir”. 

Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində didərgin salınmış bütün vətəndaşlarımız öz evlərinə qayıtmalıdır deyən millət vəkili onu da əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində bu məsələ ən vacib detallardan biri olub. 

Ramin Məmmədov hesab edir ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin öz evlərinə qayıtması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılacaq: 

“Fikrimcə, xalqımızın mədəniyyəti, tolerantlığı, malik olduğu dəyərlər sistemi ölkəmizin qanunlarına hörmətlə yanaşan, vacib ideallara inanan istənilən xalqla birgə yaşamağa imkan verir.

Biz heç bir xalqa qarşı nifrət və qisasçılıq hissi ilə yaşamamışıq, özümüzə qarşı da eyni münasibət gözləyirik”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin