Fransa prezidenti Qarabağla bağlı Şarl Mişelə nə tapşırmışdı? - Sergey Markovdan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Fransa prezidenti Qarabağla bağlı Şarl Mişelə nə tapşırmışdı? - Sergey Markovdan ÖZƏL AÇIQLAMA 

29201

"Qarabağ. Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistana gözlənilməz, hətta sensasion səfəri baş tutdu. O bu ölkələrdə nəinki avropalı, həm də fransız siyasətçi kimi çıxış etdi (özü Belçikada Fransa ictimai birliyini də təmsil edir)".

Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov "Facebook" hesabında bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının Qarabağ PLANI – PƏRDƏARXASI məqamlar


Fikirlərinin davamında ekspert Fransa barədə məlumat verib və Şarl Mişelin Cənubi Qafqaz səfərinin əsl mahiyyətini açıb:

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və neytral mövqeyi yoxdur. Paris Qarabağ konfliktində ermənipərəst və antiazərbaycan siyasət aparıb. Şarl Mişel də Makronun tapşırıqlarını yerinə yetirməyə çalışıb. Çünki onlar regionda Rusiyanı Avropa Şurası ilə əvəzləmək istəyirlər. AŞ Rusiya-Ermənistan münasibətlərini də kəsmək niyyətindədir. Hazırda Ermənistanda Rusiyanın populyarlığı qismən aşağı düşüb. Bunun səbəbi isə Qarabağ münaqişəsində Kremlin neytral mövqe tutması və KTMT mandatı ilə müharibə zonasına əsgər yollamaması olub. 

Mişel də İrəvana 2.6 milyard avro gətirib ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin mühüm hissəsi (15%) qədərdir. Azərbaycana isə heç nə gətirmədilər, çünki Azərbaycan güclü iqtisadiyyata sahibdir və Avropa Şurasının puluna qalmayıb. Bu yardım həm də Ermənistanın zəifliyinin etirafıdır. Amma digər tərəfdən pul hamının xoşuna gəlir. Baxmayaraq ki, ermənilər əvvəlcə Şarl Mişeli "biabırçılıq" şüarları ilə qarşılayıblar.

Avropa Şurası və Fransa Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın böyük rolunun olmasından narazıdır. Buna görə də Kremli regiondan sıxışdırıb çıxarmaq, əvəzində Azərbaycanla Ermənistana özlərini sırımaq istəyirlər".

Markovun fikirlərinə əlavə olaraq qeyd edək ki, Azərbaycanın Avropa Şurası və Fransanı regiona buraxması real görünmür.

Yetər ki, Moskva da Parislə Vaşinqton qədər ATƏT-in Minsk Qrupunu gündəmə gətirməsin. Yoxsa Bakı anlayır ki, fransızlara baxmış ruslar daha neytraldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin