"Mən bu müharibəni Rusiya ilə Türkiyə arasında olan bir sövdələşmə kimi qiymətləndirirəm. Rusiyanı isə bu məsələdə birinci yerə qoyuram".
Bizim.Media xəbər verir ki, bu sözləri 2014-2016- və illərdə Ukraynanın Daxili İşlər nazirinin müavini çalışmış Tiqran Avakyan “Ukrayna” telekanalında Savik Şusterin aparıcısı olduğu “Svoboda slova” tok-şousunda Qarabağ münaqişəsində Rusiya və Türkiyənin iştirakını müzakirə edərkən deyib.
"Hazırda baş verən hadisələr Lavrovun planı və dərc olunmamış " Kazan" müqaviləsi əsasında həyata keçirilir''.
''Bu konfliktdə Rusiya qazanan tərəf oldu. Bizdə Ukraynada mövcud olan DXR-ə bənzər boz zona yaradıldı",- deyə, o, bildirib.
Daha sonra Avakyan müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyanın casusu adlandırıb.
"Bu konflikt həm də Paşinyanın Soros davamçısı olması mifini darmadağın etdi. Çünki Paşinyan bu dönəmdə özünü Rusiyanın agenti kimi göstərdi''.
''Faktiki olaraq, baş verənlər indi gördüyümüz nəticəni əldə etmək üçün idi".
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da “Svoboda slova” tok- şouda bu mövzuya münasibət bildirib.
Bizim.media