Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.
Bizim.Media xəbər verir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub.
MÖVZU İLƏ BAĞLI:
Aİ Şurasının Prezidenti Azərbaycanda səfərdədir - FOTO
O, buradan Bakının mənzərəsini də seyr edib.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17-də Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb.
Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Bizim.Media