Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Fransisko Saqastiyə təqdim edib.
Bizim.Media xəbər verir ki, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb.
Təşəkkürünü bildirən Peru prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan səfiri etimadnaməsini Kosta-Rika Prezidentinə təqdim etdi
Prezident F.Saqasti rəhbərlik etdiyi hökumətin Peru ilə Azərbaycanla arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzulayıb.
Mərasimdə Peru xarici əlaqələr naziri Allan Vaqner Tison də iştirak edib.
Bizim.Media