Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Hazırda oxunan: Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

2895

“Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!''

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində  təbrik paylaşımında  qeyd edib.

“Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir!'' 

''Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin