Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

Hazırda oxunan: Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi

28858

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyindən məlumat verilib.

Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin