Solovyev qırmızı xətti keçdi- Ərdoğan təhqir edildi - VİDEO

Hazırda oxunan: Solovyev qırmızı xətti keçdi- Ərdoğan təhqir edildi - VİDEO

2885

Rusiyanın "Rossiya 1” Televiziya kanalında yayımlanan "Vladimir Solovyov ilə axşam” proqramı növbəti qalmaqalla yadda qalıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan və Türkiyəyə hər zaman qərəzli mövqe sərgiləyən Solovyov bu dəfə qırmızı xətti keçib.

Solovyovun verilişində qonaq qismində qatılan anti-Azərbaycan, anti-Türkiyə mövqeli, hər zaman  qeyri-obyektiv yanaşması ilə seçilən "Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeev çıxışında daha irəli gedib.

Türkiyə mövzusunda debat zamanı Mixeev  Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğanı açıq-aşkar  təhqir edib.

Qeyd edək ki, Rusiyanın rəsmi  kanalı son zamanlar türklərə nifrətin, düşmənçiliyin aşılanması ilə bağlı təbliğat maşınını işə salıb.

Təəssüflə qeyd edək ki, jurnalist etikasının tez-tez pozulduğu bu verilişdə etika anlayışdan sui-istifadə halları baş verməkdədir.

Xatırladaq ki, Dövlət Dumasının deputatı Tamara Pletneva da Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyevdən aparıcı Vladimir Solovievin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli çıxışlarına qarşı  ölçü götürülməsini tələb edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin