Prezident: «Yaxın günlərdə Ağdam, Laçın və Kəlbəcər də Azərbaycana qaytarılacaq».

Hazırda oxunan: Prezident: «Yaxın günlərdə Ağdam, Laçın və Kəlbəcər də Azərbaycana qaytarılacaq».

2865

“İkinci Qarabağ Müharibəsi bizim şanlı qələbəmizdir. Biz düşməni öz torpaqlarımızdan qovduq. Bu qələbə böyük tarixi əhəmiyyətə malikdir”.

Bizim.Media xəbər verir ki, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, işğal edilmiş torpaqlarımıza düşmənin vurduğu ziyan dəqiq hesablanır:

“Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq.

İlk növbədə vurulan ziyan hesablanacaq, dağıdılan bütün infrastruktur bərpa ediləcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq''.

''Hazırda münaqişəsinin siyasi həlli mərhələsindəyik. Bu münaqişənin hərbi mərhələsi başa çatıb.

 Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi bu münaqişənin hərbi mərhələsinə son qoyub''.

''Mən bu münaqişənin, İkinci Qarabağ Müharibəsinin əvvəlində də demişdim, yenə də qürurla deyirəm ki, bu münaqişənin hərbi-siyasi həlli yolları var idi.

''Azərbaycan bunu döyüş meydanında sübut etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi''.

''Yaxın günlərdə bizim bu günə qədər işğalda olan Ağdam, Laçın və Kəlbəcər rayonları da Azərbaycana qaytarılacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin