Paşinyan Bakıya YENİ XƏBƏR göndərdi – “İtiqovan”ların vaxtı çatıb  – POLİTOLOQDAN ŞƏRH

Hazırda oxunan: Paşinyan Bakıya YENİ XƏBƏR göndərdi – “İtiqovan”ların vaxtı çatıb  – POLİTOLOQDAN ŞƏRH

28637

“Ermənitan XİN-i  Azərbaycan daxilində səfər barəsində heç bir diplomatik nümayəndəliyə xəbərdarlıq edə biməz. Çünki Azərbaycan Respublikasının ərazisində akreditasiya olunan xarici səfirin Azərbaycan torpaqlarında hara getməsini Ermənistan XİN-i müəyyən etmir. Bu Azərbaycan XİN-nin onlara ünvanlanan cavabında da qeyd olunub”. 

Bu sözləri Bizim.Media-ya iyulun 10-da diplomatların Şuşaya səfərini etirazla qarşılayan Ermənistan hakimiyyəti barədə fikirlərini bildirən politoloq Fərhad Məmmədov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyanın Xankəndinə səfəri Moskvadan asılıdır”


Onun sözlərinə görə, seçkidən sonra Ermənistan XİN rəhbəri və onun müavinlərinin vəzifələri boş olduğu dövrdə belə bir hərəkətin məhz Nikol Paşinyanın göstərişi ilə həyata keçirilməsinə heç bir şübhə yoxdur:

“Bu bizim üçün seçkidən sonra Paşinyanın hansı fikirlə gəlməsi barədə siqnal verir. Bax, bu məsələ bizim üçün bir göstəricidir. Düşünürəm ki, bu ən neqativ ssenarinin olacağına işarədir”.

Fərhad Məmmədov Azərbaycanın təmkinlə Ermənistandakı seçkiləri və orada hökümətin formalaşmasını gözlədiyini də vurğulayıb.

“Amma görünən odur ki, nəticədə 2019-cu ildə baş verən hadisələr təkrarlanır. O zaman da seçkilərdən əvvəl Paşinyan Azərbaycan Prezidentinə Düşənbədə daha çox konstruktiv olacağı barədə vədlər verirdi. Lakin seçkilərdən sonra o, tamamilə gündəliyi dəyişərək daha sərt provakativ formada öz fəaliyyətini davam etdirdi. Nəticədə onu deyə bilərəm ki, Ermənistanın dünənki hərəkətləri - səfirlərə etiraz bildirmələri provakasiya miqyasına görə vaxtilə Qarabağ Ermənistandır nöqtə ifadəsi ilə eyniləşdirilə bilər. Bu bəyanatdan sonra hamı Ermənistanın başına nələr gəldiyni gördü. Əfsuslar olsun ki, Paşinyan bundan dərs çıxarmadı və böyük ehtimala Azərbaycan tezliklə ona verdiyi bəyanatları və etdiyi təxribatlarını xatırladacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin