Ermənilərə ATƏŞ əmrini kim verib? – PƏRDƏARXSI MƏQAMLAR

Hazırda oxunan: Ermənilərə ATƏŞ əmrini kim verib? – PƏRDƏARXSI MƏQAMLAR

28563

Son günlər Azərbaycan Ermənistan sərhədində ermənilər fəal şəkildə təxribat törədərək atəşkəs rejimini pozmağa cəhd edirlər. Maraqlısı isə məqsədyönlü davam edən bu təxribatlarda ermənilərin bəzi qaranlıq istəklərinin olmasıdır. Hələ bir il bundan əvvəl Tovuz hadisələri zamanı ermənilər sərhəddə ixtişaşlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını proseslərə cəlb etmək istəyirdilər. Hazırda sərhəddə baş verən təxribatlar da bir növ bu məqsədə xidmət edir.

Bu barədə Bizim.Media ilə dialoqu zamanı hərbi ekspert Ədalət Verdiyev qeyd edib. Onun sözlərinə görə ermənilərin bir məqsədi var: Prosesə Rusiynı fəal cəlb etsinlər.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ermənilər Naxçıvanla sərhəddə hücum etdi  - RƏSMİ - YENİLƏNİB​
​​​​​​


“Ermənilərin sərhəddə törətdiyi hər bir təxribatı Rusiyanı VƏ KTMT-nı proseslərə cəlb etmə məqsədi daşıyır. Ermənistanın KTMT-yə müraciəti cavabsız qalsa da, Rusiya proseslədə fəal iştirak edir.

Ermənistan yaxşı bilir ki, onların bu təxribatları gec və ya tez Azərbaycan ordusu tərəfindən cavablandırılacaq. Onların hazırda əsas məqsədi sərhəddə yerləşən sülhməramlıların Azərbaycan tərəfindən açılan atəş nəticəsində xəsarət almasıdır. Onlar çalışırlar ki, bu baş versin və Rusiya proseslərə müdaxilə etsin”.

Hərbi ekspert həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi bu təxribatları sona qədər cavabsız qoymayacaq.

“Bizim bunun üçün böyük potensialımız var. Ermənilər də bilirlər ki, bütün ordu tərkibləri belə toplansa, 100.000 minlik Azərbaycan ordusuna təsir göstərmək imkanları sıfıra bərabərdir. Düşünürəm ki, atəşə məruz qalan Azərbaycan ərazilərində təxribatçılar anında məhv edilməli və həmin əraziyə dərhal Azərbaycan əsgərləri yerləşdirilməlidir. Bəlkə bundan sonra sülhməramlılar öz missiyalarını daha yaxşı anlaya biləcəklər”.

Söhbət əsnasında bütün təxribatlar haqqında lazimi qurumların yetərincə məlumatlı olduğunu bildirən Ə.Verdiyev, bəzi məqamların gizli davam etdiyini bildirib.

“Mənim  fikrimcə, bütün baş verən təxribatlar haqqında məlumatlar lazım olan qurumlarda Rusiya XİN, sülhməramlıların və monitorinq mərkəzinin rəhbərlərində var və tədbirlər görülür. Onlar bu proseslərdə və hadisələrin nizamlanmasında iştirak edirlər. Bəzi proseslər cəmiyyətə və mətbuata açıqlanmır”. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Erməni silahlı qüvvələri iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı və İyulun 14-ü saat 10.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin