Bakıda diplomatiya həftəsinin açılışı oldu

Hazırda oxunan: Bakıda diplomatiya həftəsinin açılışı oldu

28325

Azərbaycanın Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək diplomatiya həftəsi cari ilin 12-26 iyul tarixlərində baş tutacaq.

İştirakçıların iki həftə ərzində Azərbaycan Respublikasının Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün AR XİN və digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsini işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlər ilə görüşləri keçiriləcək.

Tədbirdə 44 günlük Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə ehtiva edən videokollaj nümayiş olunub.

Açılış mərasiminin əsas qonağı, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, tədbirin bil il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. 

Tədbirin sonunda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin