ABŞ-ın Qarabağdakı müharibədən xəbəri yox imiş?

Hazırda oxunan: ABŞ-ın Qarabağdakı müharibədən xəbəri yox imiş?

2809

Amerikanın “The National Interest” dərgisi ölkə kəşfiyyatının Dağlıq Qarabağdakı müharibəylə bağlı 3 səhvə yol verdiyini yazıb. Dərgi yazıb ki, bu səhvlər ABŞ-ın bölgədəki rolunu azaldıb. 

Birincisi, dərgidə Amerika kəşfiyyatı müharibənin başlanması ehtimalını nəzərdən qaçırdığı qeyd olunub. Dərginin qənaəti belədir: 

“Amerika kəşfiyyatı Türkiyə-Azərbaycan hərbi ittifaqının planlarını düzgün hesablamayıb. Vaşinqton Azərbaycan ordusunun müharibə hazırlıqlarını diqqətə almayıb”. 
İkincisi, Amerika kəşfiyyatı Rusiya sülhməramlılarının bölgəyə qəfil gəlişini planlaşdıra bilməyib: 

“Amerika ATƏT-in Minsk Qrupuna ümid edərkən, Rusiya prezidenti Vladimir Putin yaranmış vəziyyətdən ölkəsinin maraqları üçün istifadə edib”. 

Üçüncüsü, Amerika kəşfiyyatı Rusiya və Türkiyə prezidentlərinin razılaşmasından xəbərsiz olub: 

“Rusiya və Türkiyə maraq dairələrini öz aralarında bölüşdürüblər. Putin Türkiyənin Azərbaycana sülhməramlılar göndərməsinə, Ankara isə bunun əvəzində Rusiyanın İdlibdə fəallığının artmasına razılaşıb. 

“The National Interest” dərgisinin qənaətinə görə, səhvlər ucbatından Amerikanın bölgədəki maraqlarına ciddi ziyan dəyib: 

“Nəticədə Ermənistan demokratiyası təhlükə altındadır, Rusiya və Türkiyənin isə Azərbaycanda mövqeləri güclənib”.  

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, dərginin Amerika kəşfiyyatının müharibənin başlanacağı haqqında xəbərsiz olması barədə iddiası  şübhə doğurur. 

Amerika kəşfiyyatı əldə etdiyi məlumatlar əsasında müharibənin başlanacağı günü doğru hesablamışdı, əks halda ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri sentyabrın 26-da hər iki ölkədəki vətəndaşlarını ehtiyatlı olmağa dəvət etməzdi. 

Bir gün sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Yəni Amerika kəşfiyyatı müharibənin başlaması tarixini dəqiq bilirdi, sadəcə kəşfiyyatın hesabtını Ağ Evdə diqqətə almayıblar. 

Müharibə başlayanda Amerikada president seçkisi kampaniyasının ən qızğın dövrü idi. Cənubi Qafqaz və bölgədəki müharibə Ağ Evi maraqlandırmırdı.

Ancaq dərginin gəldiyi əsas nəticə ilə razılaşmamaq olmur. Müharibənin nəticəsinə görə Cənubi Qafqazda iki ölkənin-Rusiyanın və Türkiyənin rolu və yeri artdı, Amerika proselərdən kənarda qaldı. 

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin