Hindu geyimləri, kovboy, fastfud, müzikl və ABŞ-ın digər populyar simvolları başqa xalqlara məxsusdur.
Bizim.Media xəbər verir ki, hətta dolların özü də Avropaya aiddir.
Belə ki, dollar “taler” sözündən yaranıb və “taler”in özü isə XVI əsrə aid Avropanın gümüş qəpiyidir.
MÖVZU İLƏ BAĞLI:
ABŞ hərbçilərinin geri çəkilməsi bütün bölgə üçün problem yaradacaq – Əfqanıstan prezidentin müşaviri
İlk dəfə okeanın o tayında düşünülən yeganə şey isə “Amerikansayağı arzu”dur. Hamburqerdən Azadlıq heykəlinəcən....
ABŞ hamburqerləri ilə tanınır. Amma bunun vətəni Amerika deyil. Hələ 800 il öncə monqol ordusunun süvariləri ətin hazırlanmasının orijinal üsulunu, hamburqeri fikirləşiblər. Sonradan alman səyyahlar bunun hamburq steyki variantını hazırlayıblar. Ardınca hamburqer adlandırıblar. Amma “kartof free”lərə fransızlar da iddialıdır. Amerikanın Azadlıq Heykəli də əslən Fransadandır. 1886-cı ildən bu yana həmin heykəl miqrantlarla dolu gəmiləri qarşılayıb.
Ögüst Bartoldi və Qustav Eyfelin əl işi ABŞ müstəqilliyinin 100 illiyi münasibətilə Fransa hədiyyəsidir.
Bəziləri düşünür ki, cinslər Amerika kəşfidir. Amma bu parça da Avropada icad olunub. Bu yaxınlarda “göy cins ustası” kimi tanınan naməlum rəssamın əsərləri tapılıb. XVII əsrdə o, Fransanın Nim şəhərində yaşayan kasıbların şəklini çəkib. Həmin şəhərdə kobud parçadan paltarlar tikilirdi. Materiallar qonşu dövlətlər üçün də əlçatan olub və 1873-cü ildə almaniyalı Livay Strauss göy cins kombinezonları ABŞ-a satmağa başlayıb.
Kovboyların özü də Amarikanın deyil. Əvvəla deyək ki, kovboy cəsur qəhrəmanlar yox, sadə çobanlardır. İkincisi onlar soy olaraq İspaniyaya aiddir. Prineydə onları vakero adlandırırdılar. Məhz həmin vakerolar əvvəlcə Avropa, sonra isə Mərkəzi və Cənubi Amerikada mal-qara otarmaqla məşğul olublar. Bununla yanaşı, kovboylar cins yox, özlərini tikandan qoruyan gen-bol dəri tumanlar geyiniblər. Ancaq XX əsrdə kovboylar qəhrəmanlaşdırılandan sonra onlar cins geyinməyə başladılar.
ABŞ-ın populyar soyadlarından bəhs etsək, sehrbaz Harri Qudini əslən Budapeştdəndir (macar) . Amerika müziklləri isə Fransa varyetlərinin (Parisdə teatr - 1779) bir növüdür.
Amerikada superqəhrəmanlar mədəniyyəti Sten Linin komiksləri əsasında yaranıb. Sten Li isə rumın miqrantların ailəsindən çıxıb. Ən bahalı smartfonların yaradıcısı Stiv Cobsun atası suriyalı, anası isə almandır. Onu övladlığa götürən qadın isə erməni əsilli Klara Akopyandır. Dünyada ilk vertolyot Amerikada bolşevik güllələnməsindən ora qaçan rusiyalı mühəndis İqor Sikorski tərəfindən hazırlanıb. Televizor da rus mühacir Vladimir Zvorıkin tərəfindən düzəldilib.
Hətta Aya uçuş zamanı “Apollon” layihəsində Yuri Kondratyukun işlərindən istifadə olunub. Hərbi hiyləgərlikləri amerikalılar Kolumbun hindu adlandırdığı yerli əhalidən öyrəniblər.
ABŞ-ı qurmaq üçün həmin yerli əhalini olmazın qırğına məruz qoyublar. Təkcə Şimali Amerikada yaşayan 15 milyon hindudan XIX əsrin sonuna qədər cəmi 300 mini qalmışdı. Amerikalılar yerli əhalini qırmaqla yanaşı onların adət-ənənə, hərb təcrübə və başqa özəlliklərini mənimsəyirdilər. Meşə döyüşü taktikası bunlardan biridir. Çünki hindular açıq döyüşə getmir, qəfil hücumlardan istifadə edirdilər.
Elə ABŞ-ın silahlarına diqqət yetirəndə də bu plagiatların şahidi olmaq olar. “Apaçi”, “Komanç” və “Çinuk” vertolyotları, “İrokez” və “Kobra” maşınları, “Qara Şahin” və s. hərbi texnikalar hindulara məxsus totem və adları daşıyır. (REN TV)
Əslində Amerika qitələrindən yeni, yaxud fərqli sivilizasiya gözləmək olmaz. Çünki həmin qitələrin maya, astek, inq kimi yerli əhalisi hindu, vəhşi adlandırılaraq Avropa mütəmləkəçilərinin soyqırımlarına məruz qalıblar.
Genosidin ən böyüyü isə Şimali Amerikada ABŞ tərəfindən “qırmızıdərili” adlandırdıqları yerli əhaliyə qarşı törədilib. Onların sivilizasiya və tarixi də məhv edilib. Yəni, ora köçən avropalılar özləri ilə öz mədəniyyət və elmlərini də aparıblar deyə ABŞ-ın eksklüziv dəyəri yoxdur. Birləşmiş Ştatların müasir kəşfləri də amerika xalqına tam aid deyil. Çünki bu icadların müəlliflərinin amerikalı bir yana, heç britaniyalı bağlılığı olmayıb.
Bizim.Media