\'\'Zəngəzur dəhlizi həll olunmuş məsələdir\'\' – Millət vəkili nəyə ƏSASLANIR?

Hazırda oxunan: \'\'Zəngəzur dəhlizi həll olunmuş məsələdir\'\' – Millət vəkili nəyə ƏSASLANIR?

27747

Son vaxtlar İrəvanla Bakı arasında sülh sazişi məsələsi tez-tez gündəmə gəlir. Eks xarici işlər naziri Tofiq Zülfüqarov isə proqramların birində Ermənistanla sülh sazişinə qarşı olduğunu bəyan edib.

Sizcə, Ermənistanla sülh sazişi hansı hallarda mümkündür? 

“Siyasi məsələlərə emosiyadan uzaq yanaşmaq lazımdır. SSRİ-nin süqutundan sonra Azərbaycan və Ermənistan Sovet İttifaqı dövründəki sərhədləri ilə BMT-yə üzv qəbul olunublar.

Yəni, həm Azərbaycanın, həm də Ermənistanın beynəlxalq tanınmış sərhədləri var”.
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarov: “Mən Ermənistanla bağlanacaq sülh sazişinə qarşıyam...” - VİDEO


Bizim.Media-nın sualına belə cavab verən millət vəkili, politoloq Elşad Mirbəşiroğlu əlavə etdi ki, Ermənistan bütövlükdə tarixi Azərbaycan torpaqlarında yaradılmış bir dövlətdir. Biz bunu unutmuruq:

“Cənab Prezident də əbəs deməyib ki, biz Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”

Deputat bildirdi ki, Azərbaycan hər bir dünya dövlətinin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət edir, həssas yanaşır və bütün dövlətlərdən də ölkəmizə münasibətdə bunu tələb edir:

“Biz Ermənistanla o halda sülh müqaviləsi bağlayacağıq ki, birincisi, ötən il noyabrın 10-da birgə bəyanat imzalanıb və bu birgə bəyanatın şərtlərinə dəqiqliklə, sonadək əməl olunsun. Burada Azərbaycan üçün çox strateji məqamlar var. İkincisi, Azərbaycanın sərhədləri Ermənistan tərəfindən tanınsın. Və Ermənistan Azərbaycanın əraziləri ilə bağlı hər hansı bir iddiaya malik olmadığını bəyan etsin. Yəni, Ermənistan Azərbaycan ərazilərinə bir daha iddia etməyəcəyilə bağlı hansısa bir formada öhdəlik götürmüş olsun. Təbii ki, bu, imzalanacaq sülh sazişində də ifadə oluna bilər. 

Başlıca məqam isə ondan ibarətdir ki, Ermənistan Azərbaycanın dövlət sərhədlərini tanıyır, ərazi bütövlüyünün bölünməzliyini, toxunulmazlığını qəbul edir. Belə olan halda hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlana bilər. Azərbaycanın haqlı tələbi bundan ibarətdir”

Zəngəzur dəhlizinə gəlincə, Elşad Mirbəşiroğlu qeyd etdi ki, koridorun açılması Ermənistanın da imzaladığı birgə bəyanatda yer alıb. İrəvanın bu şərtə əməl etməkdən başqa yolu yoxdur. Zəngəzur dəhlizi açılacaqdır:

“Bu da gələcəkdə regionda əməkdaşlıq üçün yeni imkanlar açacaq. İndiki mərhələdə sülh sazişi bu şərtlər altında imzalana bilər. Azərbaycan o qədər güclüdür ki, bundan sonra Cənubi Qafqazdakı proseslər Azərbaycanın maraqlarına uyğun cərəyan edəcək. Başqa reallıqlar olmayacaq. Yeni reallıq isə Azərbaycanın güc mövqeyini ifadə edir. 

Ermənistan Azərbaycana olan əsassız ərazi iddialarından birdəfəlik əl çəkəcək”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin