İtaliya Senatında “İrəli İtaliya” Partiyası siyasi qrupunun sədr müavini senator Maria Rizzotti və “İrəli İtaliya" Partiyasının üzvü senator Urania Papatheu Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilən razılaşmalarla bağlı İtaliya mətbuatına açıqlamalar veriblər.
Bizim.Media-nın məlumatına görə, senator Maria Rizzotti bildirib ki, Ağdam, Fizuli və Zəngilan Ermənistanın işğalından azad olunmuş rayonlardan yalnız bir hissəsidir, bu səbəbdən də bütün işğaldan azad edilmiş ərazilər üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Ermənistan tərəfindən təqdim edilməsi vacibdir:
“Keçən ilin noyabr ayından bəri minaların partlamasından 150 nəfərə yaxın azərbaycanlı həyatını itirib və yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır.
Mina xəritələrinin təhvil verilməsi on minlərlə günahsız insanın həyatını xilas edəcək və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürətləndirilməsinə, habelə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə şərait yaradacaqdır ki, bunun üçün isə ilkin şərt iki ölkə arasında suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsinin imzalanmasıdır”, deyə senator Rizzotti fikirlərini tamamlayıb.
Senator Urania Papatheu isə İtaliyanın ANSA, Agenparl, Askanews və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında Ermənistanla Azərbaycanın mina xəritələri ilə bağlı əldə etdiyi razılığa görə məmnunluğunu ifadə edib.
Senator əlavə edib ki, 1990-cı illər münaqişənin başlanğıcından indiyədək Azərbaycanda minlərlə şəxs mina partlayışlarının qurbanı olub, ötən ilin noyabrından bəri isə əksəriyyəti mülki şəxslər olmaqla təxminən 150 ölüm və xəsarət halları baş verib ki, bunlar da çox faciəvi rəqəmlərdir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:56 / 07.07.2021
“Mina xəritələrinin hamısı Ermənistan tərəfindən təqdim edilməlidir” – İtaliyalı senatorlar
Hazırda oxunan: “Mina xəritələrinin hamısı Ermənistan tərəfindən təqdim edilməlidir” – İtaliyalı senatorlar
Hazırda oxunan: “Mina xəritələrinin hamısı Ermənistan tərəfindən təqdim edilməlidir” – İtaliyalı senatorlar
27743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.