Paşinyana Moskvada nə tapşırılacaq? – Kreml müzakirələrinin GİZLİ MƏQAMLARI

Hazırda oxunan: Paşinyana Moskvada nə tapşırılacaq? – Kreml müzakirələrinin GİZLİ MƏQAMLARI

27728

“Paşinyan artıq aydın şəkildə bildirir ki, onun bütün hərəkətləri, apardığı siyasət mütləq şəkildə Moskva ilə razılaşdırılmalıdır. Bu Paşinyan üçün prinsipial əhəmiyyət kəsb edən  bir məsələdir.

Xatırladım ki, seçki kampaniyası zamanı Qarabağ klanı özünü rusiyapərəst, Paşinyan isə əksinə qərbyönümlü bir qüvvə kimi qələmə verilirdi. Ölkə mediası da bütün cəhdləri ilə Paşinyanı Sorosun qanadının altında yer alan bir siyasətçi kimi göstərirdi”.

Bu fikirləri Bizim.Media ilə dialoq zamanı açıqlayan politoloq Tofiq Abbasov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvaya səfərini şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Paşinyanı təcili Moskvaya çağırdı -  ZƏNGƏZUR DƏHLİZİ AÇILIR? 


Onun sözlərinə görə erməni siyasi dairəsi bütün fəaliyyətlərini Rusiyanın razılığı ilə qururlar.

“Paşinyan çox gözəl anlayır ki, Ermənistan dövlət olaraq Rusiyasız heç bir işini həyata keçirə bilməz. Rusiyanın da gözü Ermənistandadır, çünki o kifayət qədər bu ərazini özü üçün vacib sayır. Digər tərəfdən də onun regionda hərbi siyasi maraqları var. Rusiya çalışır ki, ötürdüyü bütün mesajlarda Ermənistandan əl çəkməyəcəyini bildirsin. Onun əlində nə qədər imkan varsa Ermənistanı öz əlində saxayacaq”.

Azərbaycanın Qafqaz siyasəti kontestində heç vaxt Rusiyanın maraqları ilə getmədiyini deyən siyasi şərhçi, həmçinin Ermənistanın bu gün yaratdığı çətinliklərin yalnız Azərbaycan üçün deyil, Rusiyaya da problem yaratdığını vurğulayıb. 

“Paşinyanın tezliklə sülh sazişi bağlaması və anti- böhran proqramını həyata keçirməyi onun xeyrinə işləyəcək. Çünki əks təqdirdə Paşinyanın çox böyük problemləri ortaya çıxacaq.  İlk növbədə o, “Qarabağ klanı” dediyimiz qüvvələrdən qorunma mexanizmi tapmalıdır ki, özünü onların dağıdıcı təsirindən sığortalaya bilsin”.

Tofiq Abbasovun fikrincə, Moskvada bu proseslər müzakirə olunacaq.

“Müzakirələrdə xüsusi olaraq Paşinyana həddini aşmaması və Ermənistan hökümətinin başçısı kimi sağlam bir kurs həyata keçirməsi üçün mesajlar ötürüləcək. Çünki Moskva artıq bu məsələdə Azərbaycanın dominantlığını qəbul edib”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin