Yunanıstan Mülki Aviasiya İdarəsi ölkəyə giriş məhdudiyyətlərindən azad olan ölkələrin vətəndaşları siyahısına Azərbaycanı əlavə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Greek City Times” nəşri yayıb.
Mənbə yazır ki, məhdudiyyətlərdən Avropa İttifaqı və Şengen zonasının daimi sakinləri ilə yanaşı Albaniya, Avstraliya, Bəhreyn, Belarus, Bosniya və Herseqovina, Kanada, Çin, İsrail, Yaponiya, Küveyt, Livan, Çernoqoriya, Yeni Zelandiya, Şimali Makedoniya, Qətər, Rusiya, Ruanda, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Koreya, Tayland, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ vətəndaşları məhdudiyyətlərdən azad olunub.
Bu ölkələrdən Yunanıstana gələn bütün şəxslərin gəlməzdən ən azı 14 gün əvvəl koronavirus əleyhinə peyvənd olunduğu təsdiq edən sertifikatı (ingilis dilində) olmalıdır.
Alternativ olaraq, COVID-19 ilə bağlı neqativ PCR testini gəlişdən 72 saat əvvəl və ya Yunanıstana gəlməzdən 48 saat əvvəl verilmiş ekspress-testin neqativ nəticəsini təqdim etmək olar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:20 / 04.07.2021
Yunanıstan Azərbaycanı bu siyahıya əlavə etdi - SƏBƏB
Hazırda oxunan: Yunanıstan Azərbaycanı bu siyahıya əlavə etdi - SƏBƏB
Hazırda oxunan: Yunanıstan Azərbaycanı bu siyahıya əlavə etdi - SƏBƏB
27316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.