Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

Hazırda oxunan: Prezidentdən Rafiq Məmmədhəsənovla bağlı SƏRƏNCAM

272965

Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rafiq Məmmədhəsənov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, məşhur "91"-lərdən olan Məmmədhəsənov Rafiq Musa oğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O, tibb elmləri doktoru (1990), professor, Əməkdar elm xadimi (2000), Tərəqqi medalı (2010) laureatıdır. Sabiq millət vəkili olan Rafiq Məmmədhəsənov YAP siyasi şurasının, Veteranlar Şurasının, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin