Ukraynadan BƏDBİN PROQNOZ – “Qərb yardımlarını artırmayacaq, Rusiya isə...” – ÖZƏL

Hazırda oxunan: Ukraynadan BƏDBİN PROQNOZ – “Qərb yardımlarını artırmayacaq, Rusiya isə...” – ÖZƏL

272543

Tramp admstrasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı yanaşmasını dəyişir. Prezident Trampın son açıqlamaları onun Rusiyaya münasibətdə mövqeyinin əvvəlkindən tamamilə fərqli istiqamət aldığını göstərir. Son ABŞ seçkilərindən sonra Moskva ilə dialoqu ön plana çəkən ABŞ lideri indi Ukraynaya dəstəyini ifadə edir.

Tramp ukraynalıları böyük ruh sahibi, döyüşkən xalq kimi xarakterizə etməklə yanaşı, Zelenskini də “ağır mübarizəyə rəhbərlik edən mərd insan” kimi qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan dünyanı qorxuya salan BƏYANAT – III Dünya Müharibəsinin ANONSU VERİLDİ


Bəs Trampın Ukraynaya dəstəyi müharibənin gedişatına necə təsir edəcək?

Mövzu ilə bağlı Ukraynalı politoloq Maksim Yali Bizim.Media ilə fikirlərini bölüşüb. Yali hesab edir ki, müharibənin uzadılması Rusiyaya sərf edir:

“Bu, əslində Putinə sərf edən bir ssenaridir. Mən düşünmürəm ki, Qərb Ukraynaya yardımını əhəmiyyətli dərəcədə artıracaq. Son dövrlərdə Trampın, Zelenski ilə görüşündən sonra yayımlanan postda təsdiqlədiyi kimi, vəziyyət fərqli görünür: “Biz Ukraynaya silah satırıq, NATO isə bu silahları Ukraynaya çatdırır”.

Lakin Ukraynaya yardımın artırılması və ya bizim üçün son dərəcə vacib olan silah növləri, xüsusilə də hava hücumundan müdafiə sistemləri, “Patriot”lar hələ təmin olunmayıb. Patriotlar məsələsində, əvvəllər Ukraynaya 17 Patriotun veriləcəyi bildirilsə də, hələlik yalnız Almaniyadan bir ədəd atıcı qurğu almışıq”.

Yali hesab edir ki, Tramp Ukraynaya tam dəstəyini ifadə etsə də, əslində neytral mövqe tutur:

“Tramp kapitulyasiya etmir. Onun hərəkətləri və açıqlamalarına əsaslanaraq deyə bilərik ki, o neytral mövqe tutur və Zelenski ilə görüşdən sonra mövqeyini dəyişməyib. Yəni, Ukrayna tərəfində yer almır və yardımını artırmaq niyyətində deyil, üstəlik, bunu pulsuz etməyəcək”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin