Aleksandar Vuçiç: “Prezident İlham Əliyev əsl dostdur”

Hazırda oxunan: Aleksandar Vuçiç: “Prezident İlham Əliyev əsl dostdur”

272504

“Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımızdır. O, hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərtac.az”a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.
 

“Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik.


Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”, - Serbiya Prezidenti əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin