Azərbaycan və Qambiya XİN-ləri arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycan və Qambiya XİN-ləri arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

272437

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Nazirlər Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlığın, xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində perspektivli potensialını vurğulayıb, ortaq çağırışların həll edilməsi və qarşılıqlı maraqların təşviqi üçün bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.


Görüşdə, həmçinin, Azərbaycan və Qambiya arasında iqtisadi və mədəni əlaqələri gücləndirməyə yönəlmiş yeni təşəbbüslərin və əməkdaşlıq mexanizmlərinin irəlilədilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu imzalayıblar.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin