“Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda deyib.
“Ancaq bu münaqişə bitdi. Həmçinin fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var”, - deyə Hikmət Hacıyev qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
08:40 / 24.09.2025
Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”
Hazırda oxunan: Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”
Hazırda oxunan: Hikmət Hacıyev: “Münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa minnətdarıq”
272098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.