"Bu uzunqulaq özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz"

Hazırda oxunan: "Bu uzunqulaq özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz"

272035
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov stəkanda fırtına yaratmaq mərəzindən əl çəkə bilməyən işğalçı ölkə mediasının bu dəfə Azərbaycan ordusunun cəbhədəki hərbi təlimlərindən vəlvələyə düşüklərinin etirafı kimi müdafiə nazirimiz Zakir Həsənovla bağlı ortaya atdıqları gülünc iddianı Moderator.az-a şərh edib:

"Ermənistan tərəfi hər dəfə Azərbaycan Ordusu geniş miqyaslı təlimlər keçirəndə ortalığa elə bir şey atır ki, özlərindən başqa heç kim onlara əhəmiyyət vermir. Bu dəfə də "növbə" Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan adlı bir binəvanın üzərinə düşüb. Bu erməni sarsağı jurnalistlərə verdiyi açıqlamasında guya Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib. Adama deyərlər ki, ay uzunqulaq erməni, əvvala müdafiə naziri sənin üçün tabor komandiri deyil ki, ön xəttə tək gəlsin və sənin guya snayperinin hədəfinə düşsün. Zakir Həsənovla yanaşı ön xəttə mütəmadi olaraq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, həmçinin ön xətdəki birləşmənin komandiri və ya qərargah rəisi, həmçinin döyüş növbəsində olan briqadanın komandiri, tabor və bölük komandirləri də bütün təhlükəsizlik tədbirləri görülməklə ön xətdəki düşmən mövqelərini müşahidə ediblər, edirlər və bundan sonra da ərazilər işğaldan tam azad olunanədək müşahidə edəcəklər. Bu sərsəm erməni dığası desəydi ki, bizim havaya qaldırdığımız pilotsuz uçan aparatımız-filan, hardasa azca da olsa həqiqətə uyğun gələrdi. Lakin, bu əsl erməni ulağıxa0 özlərinin yüksək döyüş "qabillliyətlərini" vurğulamaq üçün deyir ki, guya nazir bunların snayperlərinin hədəfinə tuş gəlibmiş və bunu necəsə hiss edib və döyüş bölgəsini tərk edib. Yaxşı, ay xaçik danabaş, sənin sözlərinə inansaq, məgər nazir tək idimi orada? Sözsüz ki, A. Qriqoryan özlərinin əsl erməni sifətini qabartmaq üçün "risovkalıq" etməyə çalışıb və bu da çox primitiv və gülünc alınıb. Məncə Armen Qriqoryanın hərbdən təsəvvürü sıfır səviyyəsindədir. Belə olmasaydı, o belə gülünc və peşəkar hərbçilərin dili ilə desək, "obivatel, diletant" fikir dilə gətirməzdi. Özü də, müdafiə nazirinin ön xəttə gəlib baş çəkməsi mexanizmini bilmirsə, bu uzunqulaq həqiqətən də gedib özünə kənd təssərüfatında maldarlıqla bağlı bir uyğun iş tapsa pis olmaz.xa0

xa0Azərbaycan Müdafiə Nazirliyi erməni gədəsi A.Qriqoryanın sərsəm fikirlərinə lazım olan cavabı verib. Sadəcə düşmən hər dəfə belə ucuz və savadsız fikir dövriyəyə buraxanda, adam söz tapmır bunların elementar savasızlıqlarını izah etsin. Qriqoryanın sözlərini elə başa düşmək olar ki, həqiqətən də bunların əcəli və axırı çox yaxınlaşıb. İnşallah tezliklə Qarabağla, işğal altında olan əzəli ərazilərimizlə bağlı yaxşı xəbərlərin eşidiləcəyi gün də çox da uzaqda deyil. Hələliksə, ermənilər öz rus dayılarına güvənib belə sərsəm fikirlər dövriyəyə buraxırlar".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin