Azərbaycan və Efiopiya XİN başçıları əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİLƏR - FOTO

Hazırda oxunan: Azərbaycan və Efiopiya XİN başçıları əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİLƏR - FOTO

271859

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Efiopiyanın xarici işlər naziri Hadera Abera Admassu ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Efiopiyanın Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Hər iki tərəf əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin