Qarabağın bərpasında Britaniya və İsrailin təklifləri müzakirə edildi - FOTO

Hazırda oxunan: Qarabağın bərpasında Britaniya və İsrailin təklifləri müzakirə edildi - FOTO

27161

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iyirminci iclası keçirilib.

Bizim.Media-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilib.

Ərazilərin enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər müzakirə edilib, həmçinin, elektroenergetika infrastrukturu, ötürücü və paylayıcı şəbəkələr, yarımstansiyalar, istilik təchizatı üzrə görüləcək işlər və atılacaq növbəti addımlar haqqında müvafiq qurumların nümayəndələri tərəfindən təqdim edilmiş məlumatlar dinlənilib.

“Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın “TEPSCO” şirkətinin təqdimatı dinlənilib.

İclasda həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və s. kimi bir sıra məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin