Kərim Vəliyev Belqradda hərbi paradda iştirak etdi - FOTO

Hazırda oxunan: Kərim Vəliyev Belqradda hərbi paradda iştirak etdi - FOTO

271518

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə həmin ölkəyə səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
 

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.


Tədbirlərdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasıyev də iştirak edib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin