Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verib.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:59 / 20.09.2025
İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO/VİDEO
271469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.