Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

271362

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.

Azərbaycan XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
 

Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.


Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.

Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin