Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara SUBSİDİYA VERİLƏCƏK

Hazırda oxunan: Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara SUBSİDİYA VERİLƏCƏK

271358

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanında əks olunub.
 

Fərmana əsasən, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən "Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək:


- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin