Yaxın Şərqdə növbəti müharibənin ANONSU – Hər an başlaya BİLƏR...

Hazırda oxunan: Yaxın Şərqdə növbəti müharibənin ANONSU – Hər an başlaya BİLƏR...

271299

İsraillə İran arasında 13-25 iyun tarixlərində baş verən “12 günlük müharibə”dən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, tərəflər arasında növbəti toqquşmanın olması ehtimalı hələ ki, qalır.

Xüsusən də son günlər İsrail tərəfindən bu istiqamətdə müəyyən açıqlamaların verildiyinin şahidi oluruq.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail hücuma keçir, HƏMAS müqavimət göstərir: Qəzzada müharibə nə vaxt BİTƏCƏK?


“Mossad”ın direktoru David Barnea bildirib ki, İsrail xüsusi xidməti İran daxilində və Tehranın mərkəzində güclü operativ imkanlara malikdir.

O, qeyd edib ki, İran daxilində mövcud imkanları artırmaq və genişləndirməkdə davam edirlər:

“Biz İranın daxilindən şəxsi ofislərdə baş verənlərə baxacağıq və təhlükəsizliyimizə zərər verə biləcək ideyaların inkişafına imkan verməyəcəyik”.

Barnea İsrail hakimiyyətinə söz verib ki, gələn il də anoloji istiqamətdə fəaliyyəti davam etdirəcəklər.

Bundan başqa, bir neçə gün əvvəl İsrail Knesetinin keçmiş deputatı Qadir Kamal Marix bəyan edib ki, Təl-Əviv İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. O, İsrailin İrana qarşı qabaqlayıcı zərbələr də daxil olmaqla, bir çox ssenariləri nəzərdən keçirdiyini təsdiqləyib. 

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Təl-Əvivlə Tehran arasında hər an yeni gərginliyin baş verəcəyini istisna etməyib.

“Hazırda hər iki tərəf atəşkəs və sülh rejiminə riayət edir. Lakin bu vəziyyət istənilən an köklü şəkildə dəyişə və yeni gərginliyə səbəb ola bilər”- deyə Şoyqu qeyd edib. 

Görünən odur ki, İranın başı üzərini yenidən qara buludlar ala bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə tərəflər arasında növbəti hərbi eskalasiyanın olacağını istisna etmədi:

“İsraillə İran arasında baş verən 12 günlük müharibə atəşkəslə dayandırıldı. O zaman müharibə İranın nüvə silahı əldə etmək imkanlarının qarşısının hər vəchlə alınacağı fikri bəyan edilməklə dayandırıldı.

İsrail rəsmiləri və hərbi rəhbərləri, həmçinin ABŞ-ın Donald Tramp adminstrasiyası Tehranın gələcəkdə nüvə məsələsində şərtlərə əməl etməyəcəyi və uranın zənginləşdirilməsi prosesini nəzarətdən kənar reallaşdıracağı təqdirdə, İrana qarşı sanksiyalarla yanaşı, hərbi müdaxilənin də ola biləcəyini bəyan ediblər. Bu 12 günlük müharibənin sonunda, savaç dayandırılanda da deyildi.

Ona görə də bu istiqamətdə yeni açıqlamaların verilməsi onu deməyə əsas verir ki, növbəti hərbi eskalasiya istisna edilmir”.

İrana edilən xəbərdarlıqlar ciddiyə alınmalıdır.

Həmsöhbətimizin fikrincə, mövcud reallıqlar onu deməyə əsas verir ki, İsrail tərəfindən İranın nüvə obyektləri növbəti dəfə vurulacaq:
 

“12 günlük müharibədən əvvəl də İrana vaxt verilmiş və şərtlərə əməl etməyəcəyi təqdirdə hərbi eskalasiyanın mümkünlüyü xəbərdarlığı edilmişdi. Həmin xəbərdarlığın son günü isə müharibə başladı. Nəticədə İrana ciddi hava zərbələri endirildi. İranın ali hərbi rəhbərliyində olan bir sıra şəxslər və bəzi alimlər vuruldu.  


Ona görə İrana edilən növbəti xəbərdarlığı da ciddiyə almaq lazımdır. Hərbi eskalasiyanın növbəti dəfə təkrarlanacağı istisna deyil”.

Rüfət Sultan, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin