Azərbaycanla Slovakiya arasında əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla Slovakiya arasında əməkdaşlıq müzakirə edildi

27115

Azərbaycan və Slovakiya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bizim.Media xəbər verir ki, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Slovakiya nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus rəhbərlik edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin bir çox istiqamətləri müzakirə olunub.

Görüş zamanı X.Xələfov slovakiyalı həmkarına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələriə məlumat verib.

X.Xələfov işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edərək, üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin