Azərbaycanda Zəngəzur dəhlizinin açılması türk dünyasının xidmətlərini inteqrasiya etməyə və Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizi canlandırmağa imkan verəcək, bu da tranzit ticarəti gücləndirəcək.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Ömər Bolat bildirib.
Bolat bu barədə Ankarada keçirilən “Azərbaycan və Türkiyə arasında iqtisadi və mədəni əlaqələr körpüsü” tədbirində danışıb.
Nazir qeyd edib ki, Azərbaycan Türkiyə üçün strateji tranzit nöqtəsi rolunu oynayır, çünki ölkə Orta Asiya və Uzaq Şərqə çıxış imkanını açır.
Ömər Bolat vurğulayıb ki, onun vəzifədə olduğu dövrdə iki ölkə arasında ticarət hər il artıb.
“Bu ilin ilk səkkiz ayında ticarətimizin həcmi artıb. Xüsusilə investisiyalar çoxalıb”, – deyə nazir bildirib.
Bolat əlavə edib ki, Türkiyənin dünya üzrə ən böyük investisiyaları sahibkarlar və şirkətlərin sayı baxımından Azərbaycanda yerləşir.
“Bizim ən böyük 17 milyard dollarlıq investisiyamız da Azərbaycandadır. Türkiyədə təxminən 3000 Azərbaycan şirkəti fəaliyyət göstərir”, – deyə o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:51 / 18.09.2025
Türkiyəli nazir: Zəngəzur dəhlizi tranzit ticarəti gücləndirəcək
Hazırda oxunan: Türkiyəli nazir: Zəngəzur dəhlizi tranzit ticarəti gücləndirəcək
Hazırda oxunan: Türkiyəli nazir: Zəngəzur dəhlizi tranzit ticarəti gücləndirəcək
271059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.