Azərbaycan 10 aylıq fasilədən sonra yenidən Hindistana xam neft ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Avqust ayında Hindistana 1 747,07 ton xam neft göndərilib ki, bu da 781,52 min ABŞ dolları dəyərindədir.
İxrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 589 dəfə, dəyəri isə 827 dəfə azalıb. Hindistana göndərilən həcmin payı ümumi Azərbaycan neft ixracının cəmi 0,01%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrından etibarən Hindistan Azərbaycan neftinin alışını dayandırmışdı. 2024-cü ildə bu ölkəyə ixrac olunan neftin həcmi 1,16 milyon ton, dəyəri isə 729,8 milyon ABŞ dolları təşkil etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:30 / 16.09.2025
Azərbaycan nefti yenidən Hindistana ixrac olunur
Hazırda oxunan: Azərbaycan nefti yenidən Hindistana ixrac olunur
Hazırda oxunan: Azərbaycan nefti yenidən Hindistana ixrac olunur
270731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.