“Bu tək Azərbaycan deyil, İran üçün də problem yaradır” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Bu tək Azərbaycan deyil, İran üçün də problem yaradır” - Ceyhun Bayramov 

27057

“Azərbaycanın işğal altındakı ərazilərində su terroru həyata keçirilib, suyun vacib olduğu yay aylarında çay axının qarşısı alınıb, qış aylarında ilə su buraxılıb və sel yaranıb”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

C. Bayramov bildirib ki, Ermənistan ərazisindəki mis-molibden zavodunun tullantıları təmizlənmədən Oxçuçaya axıdılıb. 

“Bu, böyük miqyaslı problemdir. Çünki Oxçuçay Araz çayına tökülür və tək Azərbaycan deyil, İran üçün də böyük problem yaradır. Biz bu məsələyə ciddi reaksiya verilməsini tələb edirik. Ermənistanın məsuliyyətdən yayınması mümkün olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin