Sentyabrın 12-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib.
*** 12:25
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana gedir.
Bizim.Media xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.
“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.
Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:33 / 12.09.2025
Ərdoğanın müavini Naxçıvana gəldi – YENİLƏNİB/FOTO
Hazırda oxunan: Ərdoğanın müavini Naxçıvana gəldi – YENİLƏNİB/FOTO
Hazırda oxunan: Ərdoğanın müavini Naxçıvana gəldi – YENİLƏNİB/FOTO
270060
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.