Diversantlar Ermənistana verilə bilərmi? - Fərhad Məmmədovdan SƏBƏB VƏ ŞƏRTLƏR

Hazırda oxunan: Diversantlar Ermənistana verilə bilərmi? - Fərhad Məmmədovdan SƏBƏB VƏ ŞƏRTLƏR

26958

Erməni diversantları İrəvana qaytarmaq üçün Bakı hansı şərtləri irəli sürə bilər?
“Diversantların məhkəməyə çıxarılması artıq o deməkdir ki, məsələ hüquqi prosedura daxil olub. Yəni, burada onların operativ şəkildə sərbəst buraxılması məsələsi ola bilməz”, - deyən politoloq Fərhad Məmmədov bildirdi ki, əgər cinayətləri sübut olunarsa, onlar öz cəzalarını çəkəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni terrorçularının məhkəməsi keçirilir


Bizim.Media-ya açıqlamasında politoloq ermənilərin Ermənistana hansı şərtlərlə qaytarıla biləcəyini də açıqladı:

“Bizim Ermənistanla diplomatik münasibətlərimizin olmadığı təqdirdə Bakıda məhkəməsi gedən ermənilərin cinayətləri sübut olunsa, həmin diversantlar Ermənistana verilməyəcək. Çünki bu, ancaq və ancaq Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından sonra baş verə bilər. Diplomatik münasibətlərin qurulması üçün isə sülh müqaviləsi imzalanmalıdır”. 

Fərhad Məmmədov sonda vurğuladı ki, bu məsələnin həm siyasi, həm də hüquqi konteksti var.

Politoloqun sözlərindən çıxış edərək qeyd edək ki, İrəvan və Bakı arasında diplomatik əlaqələrin qurulması Ermənistanın ən azından Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdir. Əlbəttə ki, sənəddə Ermənistanın ödəməli olduğu təzminat punktları, yaxud həmin məbləğdə pulun müəyyən ərazilərlə əvəzlənməsi bəndləri də gözlənilir. O ki qaldı ermənilərin törətdiyi qətliamlara və Xoacalı soyqırımına...

Almaniya prezidenti ötən həftə Hitler faşizmini pisləyən sərginin açılışına qatılmışdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin