“Ermənistan ərazisi Rusiya silahlı qüvvələri ilə doldurulur” – Münaqişə yenidən ALOVLANA bilərmi? 

Hazırda oxunan: “Ermənistan ərazisi Rusiya silahlı qüvvələri ilə doldurulur” – Münaqişə yenidən ALOVLANA bilərmi? 

26929

Rusiya Azərbaycanla sərhəddə - Ermənistanda ikinci hərbi baza yaradır. Bu, Şuşa bəyannaməsinə cavabdır, yoxsa “Artsax”ın statusuyla ilə əlaqədar gələcəkdə baş verə biləcək yeni savaşa hazırlıq? 

“İrəvanla Moskva ikinci hərbi bazanı Şuşa bəyannaməsindən əvvəl qərarlaşdırmışdılar. Və bu, ermənilərin tələblərindən irəli gəlir. Üstəlik də, Ermənistan-Azərbaycan sərhədlərini də ruslar qoruyacaq” deyən Qabil Hüseynli bildirdi ki, Ermənistan ərazisi Rusiya silahlı qüvvələri ilə doldurulur. 

Bizim.Media ilə dialoq zamanı politoloq Kremlin Şuşa bəyannaməsi ilə bağlı bəyanatından da bəhs edib. Moskvanın reaksiyasında deyilir ki, Türkiyənin burada hərbi baza yaratmaq niyyətli Rusiya üçün təhdiddir.
 

MÖVZU İLƏ BAĞLI:

Erməniləri Qarabağa KİM QAYTARIR? - Məcburi köçün PƏRDƏARXASI


Belə ki, bu, Rusiya üçün təhlükə yaradır və onlar da adekvat tədbirlər görəcəklər:

“Demək istəyirəm ki, ruslar bölgədə münasibətləri sadələşdirmək əvəzinə gərginləşdirməkdə davam edirlər. Həm hərbi bazalar yaradırlar, həm də ki, qızışdırıcı mövqe tuturlar. Bu da bölgə üçün çox ciddi təhdidlər yaradır”, - deyə Qabil Hüseynli fikrini tamamladı. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin