İran islamı necə parçalayır? - “GİZLİ SİLAH” 

Hazırda oxunan: İran islamı necə parçalayır? - “GİZLİ SİLAH” 

26925

Uzun illərdir Qərb mətbuatında İranla bağlı davamlı olaraq işıqlandırılan məsələlərdən biri də İranın terror təşkilatlarına verdiyi dəstəkdir. Sözügedən mövzuda səsləndirilən iddialar isə İranın  təkcə maddi və silah yardımı ilə bağlı deyil, eyni zamanda öz ərazisində bir çox terror təşkilatlarının sıralarına qatılmaq üçün ekstremistlərin hazırlanması ilə əlaqədardır.

Ümumilikdə, İran tərəfindən ciddi yardım göstərilən qruplaşmaların sayı heç də az deyil. Təbii ki, bəzi iddiaları rəsmi Tehranın verdiyi açıqlamalar da dəstəkləməkdədir.
 

 MÖVZU İLƏ BAĞLI:

Yeni prezident İranı çökdürəcək – İDDİA 


İranın düşmənlərlə mübarizə vasitəsi

Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələrə nəzər saldıqda, əksəriyyətində dini faktorların qabardıldığını görmək mümkündür. Digər İslam ölkələrindən fərqli dini məzhəbə malik olan İran isə, özü ilə bənzər ideologiyaya malik olan qruplara kömək göstərməklə, rəqiblərinə qarşı mübarizəni terrorçuların əli ilə davam etdirməyə üstünlük verir.

Həmçinin 44 günlük müharibə dönəmində cənub qonşumuzun ərazisində hazırlanan terrorçuların Qarabağda Azərbaycana qarşı vuruşması ilə bağlı xeyli sayda ittihamlar mövcud idi.

Ermənilərlə birlikdə ölkəmizə qarşı döyüşdüyü sübut olunan “ASALA” və “PKK” terrorçularının bir qisminin məhz İran ərazisində hazırlandığı, yaxud da rəsmi Tehranın icazəsilə münaqişə zonasına gəldiyi iddiaları heç də az olmayan dəlillərlə dəstəklənməkdədir.

Regionda əsas rəqibi olan İsrailə qarşı terror təşkilatlarına göstərdiyi yardımlar isə rəsmi Tehran tərəfindən inkar olunmayıb. Xüsusilə də “Hizbullah” və “Həmas” qruplaşmalarının İrandan ciddi maliyyə, eyni zamanda silah dəstəyi alması bütün dünyada bilinən reallıqdır. Keçdiyimiz həftələrdə Fələstinlə İsrail arasında toqquşmaların başlanmasından sonra rəsmi Tehran öz mövqeyini bariz şəkildə ortaya qoyub. Münaqişədə rəsmi Tel-Əvivə qarşı “Həmas” tərəfindən istifadə olunan sursatların böyük əksəriyyətinin də məhz İran istehsalı olması rəsmi Tehranın yardımlarını sübuta yetirir.

İranın əlinin olduğu digər münaqişə zonası isə Yəməndir.

ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanına qarşı mübarizə aparan husilərə verdiyi dəstəyi gizlətməyə Tehran hökuməti cəhd belə göstərmir. Bundan əlavə, İranın Bəhreyndə fəaliyyət göstərən terrorçu qruplara maddi və silah-sursat yardımları etdiyi iddiaları da tez-tez səslənməkdədir.

İranın ekstremist qruplara verdiyi dəstəyi Suriya münaqişəsində özünü daha qabarıq formada nümayiş etdirib. Əsasən, Bəşər Əsədi dəstəkləyən qruplaşmalara açıq formada yardım etməklə, vətəndaş müharibəsinin bu qədər uzun müddət davam etməsində rəsmi Tehran gözardı edilməyəcək qədər böyük rolu var.

Qeyd edilməsi vacib olan digər məqam isə, İranda terroçuların hazırlanması ilə bağlı iddiaların yalnız Qərb mətbuatı tərəfindən verilməməsidir, eyni zamanda Türkiyə və Pakistan tərəfi də dəfələrlə rəsmi Tehranın bu cür addımlara son qoymasını açıq şəkildə istəyib.

Xatırladaq ki, 2019-cu ilin aprelində 14 pakistanlı hərbiçinin ölümü ilə nəticələnən terror hücumundan sonra rəsmi İslamabad İrana sözügedən fəaliyyətlərinə son verilməsini istəyən nota ünvanlayıb.

Həmçinin, rəsmi Ankaranın İran ərazisindən gələn “PKK” və “YPG” kimi terror təşkilatlarının nümayəndələrinin qarşısını almaq üçün çəkdiyi müdafiə divarları da hər kəsə məlumdur.  

Terrorçulara dəstək məsələsində İranın istifadə etdiyi dini məzhəb məsələsi isə bəzi ekspert və İslam alimləri tərəfindən İslam dininin parçalanması kimi qiymətləndirilir. Onların fikrincə müharibə yaralarını, dağıntıları nə zamansa bərpa etmək mümkün olur. Amma İslamın ortasına nifaq toxumları səpən məzhəb və təriqətçilik əbədi münaqişə ocağı olaraq qalacaq. Və bu dəstəvuzdan düşmən ölkələr, Qərb kəşfiyyatı da çox uğurla istifadə edir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin