Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib.
MÖVZU İLƏ BAĞLI:
Portuqaliyada funikulyor qəzasında xəsarət alanların sayı ARTDI - VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”da paylaşım edib.
“Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda “Gloria” funikulyorunda baş verən qəza nəticəsində 15 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.
Bizim.Media