Erməniləri Qarabağa KİM QAYTARIR? - Məcburi köçün PƏRDƏARXASI

Hazırda oxunan: Erməniləri Qarabağa KİM QAYTARIR? - Məcburi köçün PƏRDƏARXASI

26851

44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyətindən sonra, Qarabağda yaşayan ermənilərin böyük bir hissəsinin bölgədən qaçdığı hər kəsə məlum idi. Sonradan bu və ya digər formada “köçkünlər”in bir hissəsi evlərinə geri qayıtsa belə, görünən odur ki, onların sayı bəzi qüvvələr üçün hələ də yetərli deyil.

Erməni “köçkünlər”in qayıdışı isə, müharibənin başa çatdığı ilk günlərdən ən çox Rusiyanı narahat etməkdə idi. 

Bir çox mütəxəssislər rəsmi Moskvanın sözügedən məsələni bölgədə qalmaq üçün vacib problem olaraq gördüyünü bildirirdilər. Bəzi rus rəsmilərinin çıxışlarında Qarabağda yaşayan ermənilərin sayını şişirtməsini də məhz bu amillə əlaqələndirilirdi. Eyni zamanda “məcburi köçkünlər”ın qayıdışı beynəlxalq arenada Rusiyanın sülhməramlı missiyasını uğurla yerinə yetirməsinin göstəricisi kimi də tirajlana bilərdi.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ – Putindən erməninin Qarabağ sualına CAVAB - VİDEO


Sadalanan səbəblər Rusiyanın addımlarını açıqlamaq üçün yetərlidir. Lakin beynəlxalq qurumların işə qarışmaqla nəyə nail olmağa çalışması daha çox maraq doğurmaqdadır.

Diqqət çəkən digər məqam isə iki təşkilatın- Beynəlxalq Qızıl Xaç Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məsələni eyni anda qabartması olub. İyunun 30-da erməni mətbuatında yayılan xəbərlərdə ilk olaraq Qızıl Xaçın, Qarabağ üçün ayırdığı büdcəni illik 11 milyon dollardan 50 milyon dollara kimi artırması və bu vəsaitin “məcburi köçkünlərin” Qarabağa qayıdışı üçün xərclənəcəyi qeyd olunub. Daha sonra isə, oxşar addımla BMT İnkişaf Proqramı çıxış edib. Lakin bu dəfə Təşkilatla Rusiya arasında bağlanan memoranduma əsasən, “məcburi köçkünlərdən” əlavə, Rusiya tərəfindən həyata keçirilən Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən qaçqın düşmüş ermənilərin  geri qaytarılmasına prosesinə də dəstək göstəriləcək.  

Diqqət yetirdiyiniz kimi, erməni “qaçqın” və “məcburi köçkünləri” ilə bağlı rəsmi sənəd Ermənistan rəhbərliyi ilə yox, Rusiya ilə imzalanıb.

Bu isə Ermənistanın artıq beynəxalq təşkilatlar tərəfindən də müstəqil subyekt kimi qəbul olunmadığının göstəricisidir.

Bizim üçün narahatlıq doğuran məsələ isə, hər zamankı kimi “ikili standartlar”dır. Söhbət 1 milyona yaxın azərbaycanlı məcburi köçkündən gedərkən barmağını belə oynatmayan ya da quru bəyanatlarla kifayətlənən “neytral” və “sülhpərvər” beynəlxalq qurumların, bir ovuc erməni üçün əl-ayağa düşməsi, təbii ki, birmənalı qarşılana bilməzdi. 

Qızıl Xaç Komitəsi və BMT İnkişaf Proqramı kimi iki nüfuzlu təşkilatın tərəfli mövqe sərgiləməsi isə sadəcə təəssüf doğurur.

Bu cür addımların atılması isə 200 il əvvəlki durumu xatırladır. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin torpaqlarımıza köçürülməsi prosesində olduğu kimi, indiki vəziyyətdə də öz maraqları naminə hərəkət edən Rusiya bölgədə varlığını qorumaq üçün bənzər siyasət yürüdür. Kremlin bənzər strategiya ilə hərəkət etməsi, rəsmi Moskvanın Cənubi Qafqaza dair planlarının bu qədər uzun müddət ərzində dəyişmədiyinin göstəricisidir.

Lakin hazırki situasiya 200 il əvvəlkindən xeyli fərqlidir. Artıq parçalanmış və işğal altına düşmüş Azərbaycan mövcud deyil.

Vəziyyətin bu cür inkişaf etməsinin isə ölkəmiz üçün elə də böyük əhəmiyyəti yoxdur. Hər şey artıq bəllidir: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi həyatlarına davam edəcəklər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin