Prezident İlham Əliyev Tiencin şəhərində “China National Chemical Engineering” şirkətinin sədri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
“China National Chemical Engineering” şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edib.
Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi olub. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:03 / 02.09.2025
SOCAR ilə Çinin “Seven LTD” şirkəti arasında SƏNƏD İMZALANDI – FOTO
Hazırda oxunan: SOCAR ilə Çinin “Seven LTD” şirkəti arasında SƏNƏD İMZALANDI – FOTO
Hazırda oxunan: SOCAR ilə Çinin “Seven LTD” şirkəti arasında SƏNƏD İMZALANDI – FOTO
268288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.