Cümşüd Nuriyev nazirliklərə SƏSLƏNDİ - "SUSMAYIN”

Hazırda oxunan: Cümşüd Nuriyev nazirliklərə SƏSLƏNDİ - "SUSMAYIN”

26828

Erməni terroru nəticəsində Gəncədə evləri dağılan bəzi ailələrə pul ödənilib. Əslində bu pulu ermənilər ödəməli deyil? Və sizcə İrəvanın təzminat məsələsi nə yerdədir?

“Bu məsələnin mediada qaldırılması çox yaxşı bir şeydir. Yəni, Azərbaycan tərəfi nə qədər sussa, bu, bir o qədər də ermənilərin xeyrinədir. Söhbət təkcə Gəncədə 12 ailəyə verilən vəsaitdən getmir, Azərbaycanın digər bölgələrində - Bərdədə, Beyləqanda, Ağdamda, Mingəçevirdə, Tərtərdə də kifayət qədər evlər dağılıb. İctimai binalara çoxlu ziyan dəyib. Bütün bunların hamısını Azərbaycan öz mənbələri hesabına ödəyir”.

Bizim.Media-nın yuxarıda qeyd olunan sualına cavabda bunları deyən Cümşüd Nuriyevin fikrincə, amma yaxşı olardı ki, bu sahədə ümumi bir qayda yaradılsın:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin mina xəritələri çaşqınlıq yaradır – Baş verə biləcək TƏHLÜKƏ


“Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi I və II Qarabağ müharibələri nəticəsində dəymiş ziyanın hesablanmasını İqtisadiyyat və digər nazirliklər birlikdə etməlidir.

Məhz müharibə nəticəsində mülki əhaliyə dəymiş ziyan, ölüm hallarının olması kimi faktlara görə dövlətin xərclədiyi bütün vəsait diqqətə gətirilməlidir. Çünki burada şəhid ailələrinə verilən pullar var, qazilərə ödənilən təzminat və eyni zamanda onların müalicəsi, protezlərlə təminatı, qazilərə kəsilən pensiyalar mövcuddur. Sonra hər iki müharibə iştirakçılarına dövlət bu və ya digər formada kömək edir. 

Hamısını hesablamaq lazımdır və bu, dünya ictimaiyyətinə çatdırılmalıdır. Son 28-30 il ərzində Azərbaycan dövlətinin planlaşdırılmayan  xərcləri olub. Sadalanan nazirliklər bunu mütləq gündəmə gətirməlidir. Və biz dünyaya bəyan etməliyik ki, I Qarabağ savaşından sonra Azərbaycana ancaq dövlət büdcəsindən ödənilən vəsaitlər nə qədərdir və II Qarabağ müharibəsindən sonra nə qədərdir.

Bir araya gələn materiallar Azərbaycan mediasına ötürülməlidir ki, KİV müxtəlif dillərdə bunu bütün dünyaya yaysın. 

Siz başlamısınız, yaxşı olar ki, bunu bir neçə dildə də gündəmə gətirəsiniz. Çünki müharibə cinayətləri öz yerində, savaşdan sonra da mülki əhaliyə dəymiş ziyan var. Amma Ermənistan Azərbaycana dəymiş ziyanı ödəmək haqqında fikirləşmir”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin