Azərbaycanın DİPLOMATİK QƏLƏBƏSİ – ATƏT-in Minsk qrupu siyasi səhnədən silindi

Hazırda oxunan: Azərbaycanın DİPLOMATİK QƏLƏBƏSİ – ATƏT-in Minsk qrupu siyasi səhnədən silindi

268276

İllər boyu Qarabağ münaqişəsinin həlli üçün “çalışan”, lakin nəticəsiz fəaliyyəti ilə yadda qalan ATƏT-in Minsk qrupu artıq siyasi səhnədən silindi.

1992-ci ilin martında yaradılan bu qrup 2020-ci ilə qədər yalnız səfərlər etmək və quru bəyanatlar verməklə məşğul oldu. 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi qələbə qazandıqdan sonra isə artıq Minsk qrupu tam olaraq mənasını itirdi.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! ATƏT-in Minsk prosesinə xitam verildi - RƏSMİ


Bunun nəticəsidir ki, son 5 ildə onlar ümumiyyətlə hər hansı fəaliyyətlə məşğul olmurdular. Ona görə də keçmiş münaqişənin yadigarı olan Minsk qrupunun saxlanılması tamamilə absurd idi.

Ermənistanın arzusu ürəyində qaldı

Mövzuyla əlaqədar Bizim.Media-ya fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, əslində Ermənistan uzun müddət bu prosesə mane olmağa, ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etməsinə çalışdı. Ancaq Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində Ermənistanın bu arzusu ürəyində qaldı.

“Sülh prosesinə doğru addımlayarkən növbəti vacib bir məsələni Azərbaycan uğurla həll etdi. Prezident İlham Əliyevin prinsipiallığı nəticəsində Azərbaycan məqsədinə və hədəfinə – olduqca əhəmiyyətli bir qərarın verilməsinə nail oldu. İllərlə heç bir işə yaramayan, Qarabağ münaqişəsinin həllində rolu və töhfəsi olmayan ATƏT-in Misk qrupunun fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yox idi. Azərbaycanın bu istiqamətdə qətiyyəti sülhə doğru yolda çox önəmli bir addımdır”, – deyə C.Məmmədov vurğuladı.

Millət vəkili onu da diqqətə çatdırdı ki, münaqişə artıq həll olunduğuna görə regionda digər alternativ nəzarət mexanizminin olmasına ehtiyac yoxdur.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Məqsəd Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. 1994-cü ildən etibarən ABŞ, Rusiya və Fransa həmsədrlik institutunu formalaşdırdıqdan sonra prosesə rəhbərlik ediblər. 2025-ci il sentyabrın 1-də isə ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul etdi. Qərar Təşkilata üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul edildi.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin