Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına Hindistan mane olub – SENSASİON DETALLAR

Hazırda oxunan: Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına Hindistan mane olub – SENSASİON DETALLAR

268114

Hindistan Azərbaycanı ŞƏT-ə tamhüquqlu üzv olmasına mane olub.

Bizim.Media “AnewZ.tv”yə istinadən xəbər verir ki, Hindistan bir daha Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tam üzvlük müraciətini bloklayıb. 

Məlumata görə, Çin Azərbaycanın ŞƏT-ə tam üzv olmaq müraciətinə dəstəyini təsdiqləyib. 

Ancaq Hindistanın prosesi əngəlləməsi isə çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir. Çünki təşkilatın əsas prinsiplərinə görə, ikitərəfli mübahisələr çoxtərəfli platformalara daşınmamalıdır. 

Məlumata görə, Hindistanın rəsmi Bakıya qarşı mövqeyi birbaşa olaraq Azərbaycanın Pakistanla qardaşlıq münasibətləri ilə bağlıdır.

Adı açıqlanmayan mənbə “AnewZ.tv”yə açıqlamasında bu addımın Azərbaycanın yolunu dəyişmədiyini, əksinə Hindistan siyasətinin məhdud və qısamüddətli xarakterini beynəlxalq ictimaiyyətə göstərdiyini” bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin